“Nəriman Nərimanov” təmir olunur

“Nəriman Nərimanov” təmir olunur
Oxunma sayı: 126

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC “Bibiheybət” Gəmi Təmiri Zavodunda “Nəriman Nərimanov” tankerinin əsaslı təmirinə başlayıb.

“Qafqazinfo”nun QSC-yə istinadən məlumatına görə, gəmidə bütün mexanizm və qurğular, eləcə də baş və köməkçi mühərriklər, boru sistemləri, eləcə də nasoslar, separatorlar, soyuducular, kompressorlar təmir edilir.

Məlumatda qeyd olunur ki, gəminin elektrik avadanlıqları və idarəetmə sistemləri yoxlanılıb və gəminin korpusunda qaynaq işlərinin 80%-i başa çatdırılıb.

Təmir işlərinin sentyabr ayının sonunadək başa çatacağı gözlənilir.

Qeyd edık ki, “Nəriman Nərimanov” tankerinin uzunluğu 125,06 metr, eni 16,63 metr təşkil edir. Tankerin maksimal sürəti 11.3 uzelə bərabərdir.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi