Nərimanov ağsaqqalları toplantı keçirdi

nerimanov-agsaqqallari-toplanti-kecirdi
Oxunma sayı: 633



Daha sonra Rayon Ağsaqqallar Şurasının sədri Məhərrəm Sadıqov hesabat məruzəsi ilə çıxış edib. Natiq məruzəsində yaşlı nəslin bu günkü Azərbaycan cəmiyyətindəki rolundan danışıb. O, qeyd edib ki dövlət və ictimai təşkilatlarla yanaşı, Azərbaycan Ağsaqqallar Şurasının fəaliyyəti də rəngarəngdir, yaşlı, ahıl insanların həyati tələblərindən irəli gələn aktual məsələlərlə zəngindir. Gənclər, orta nəslin nümayəndələri, hətta ahıllar da cəmiyyətdə gedən inkişaf proseslərində mütləq iştirak etməlidirlər.

M.Sadıqov həmçinin qeyd edib ki, dinamik tərəqqisini yeni nailiyyətlərlə davam etdirən Azərbaycan qısa zaman kəsiyində artıq dünyanın nüfuzlu dövlətlərindən birinə çevrilməyə müvəffəq olub. Elə bunun nəticəsidir ki, inkişafın Azərbaycan modelinə beynəlxalq səviyyədə bu gün kifayət qədər yüksək diqqət göstərilir, onun xarakterik xüsusiyyətləri geniş tədqiqat predmetinə çevrilir. Əsası Heydər Əliyev tərəfindən qoyulan, bu gün isə Prezident İlham Əliyev tərəfindən yeni çalarlarla daha zəngin hala gətirilən inkişaf strategiyası ölkəmizin beynəlxalq məkanın daha güclü subyektinə çevriləcəyinə mühüm təminat yaradır. Bir ictimai təşkilat kimi, Ağsaqqallar Şurası hesabat dövründə Rayon İcra Hakimiyyətinin köməyi ilə öz fəaliyyətində gənclər arasında təlim tərbiyə işlərinə, onların vətənpərvərlik ruhunda tərbiyə olunmasına, xoşagəlməz səmərəsiz işlərdən uzaq olub faydalı əməklə məşğul olmalarına, vətənə layiq övlad kimi yetişmələrinə və bu kimi məsələlərə daha geniş yer verib.

Rayon ağsaqqalları təşkil olunan iməciliklərdə, abadlıq, yaşıllaşdırma işlərində yaxından iştirak ediblər.

Daha sonra yığıncaqda söz alan Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev qeyd edib ki, rayonun sosial-iqtisadi inkişafında və ictimai həyatında qazandığı uğurlarda rayon ağsaqqallarının da müəyyən payı var. Hesabat dövrü ərzində rayon ağsaqqallarının rayon əhəmiyyətli tədbirlərdə fəal iştirakını, gənc nəslə vətənpərvərlik hisslərinin aşılanmasında, ictimai həyatda fəal iştirakını yüksək qiymətləndirib.

Yığıncaqda həmçinin Rayon Ağsaqqallar Şurasının yeni sədrinin seçilməsi prosesi keç. Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti, pedaqogika elmləri üzrə fəlsəfə doktoru Həsənov Miri Bilal oğlunun yekdilliklə Rayon Ağsaqqallar Şurasının sədri seçilib. Həsənov Miri hər kəsə öz təşəkkürünü bildirib və şura üzvlərinin etimadını doğrultmağa çalışacağını qeyd edib.

Yığıncağın sonunda gedişata uyğun olaraq Rayon Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvləri və şura sədrinin müavinləri seçilib.

Yekunda Respublika Ağsaqqallar Şurasının qurultayında iştirak edəcək 5 nəfər nümayəndə seçilib.

Nigar