Nərimanov rayon ƏSMM yeni inzibati bina ilə təmin olunub

nerimanov-rayon-esmm-yeni-inzibati-bina-ile-temin-olunub
Oxunma sayı: 855

“Qafqazinfo”nun məlumatına görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin rəisi Asəf Əliyevin iştirakı ilə keçirilən açılış zamanı işçilərin normal fəaliyyəti, həmçinin vətəndaşların qəbulu və onlara göstərilən xidmətin yüksək səviyyədə qurulması üçün binada yaradılmış şəraitə baxış olub. Mərkəzin kollektivi ilə görüşündə Asəf Əliyev hər bir vətəndaşın müraciətinə həssas və qayğıkeş münasibət göstərilməsi, dövlət qayğısının aztəminatlı əhali qruplarına layiqli tərzdə çatdırılması, ünvanlı yardımların təyinatında qanunvericilikdən irəli gələn tələblərə ciddi şəkildə riayət olunması barədə tapşırıqlar verib.
Qeyd edək ki, bu günə qədər ölkənin 39 rayon və şəhərində Əhalinin Sosial Müdafiəsi Mərkəzlərinin inzibati binaları əsaslı şəkildə təmir olunub, 33 rayon və şəhərdə yeni inzibati binalar inşa etdirilərək yerli qurumların istifadəsinə verilib.

Xüsusi lahiyə əsasında tikilmiş yeni inzibati binalarda Nazirliyin müvafiq bölgə üzrə yerli strukturları birgə yerləşdirilib və bunun nəticəsində həmin qurumların mərkəzlərdə ünvanlı dövlət sosial yardımlarının təyinatı ilə bağlı informasiya mübadiləsini təmin etmək üçün fibrooptik xətlər əsasında qurulmuş lokal şəbəkə fəaliyyət göstərir.
Nazirliyin mərkəzi serveri ilə birbaşa əlaqəsi olan bu sistem bölgələrdən məlumatları dərhal qəbul etməyə, əhalinin sosial müdafiəsi ilə bağlı məsələləri operativ həll etməyə imkan verir.

Nigar Məmmədli