Nərimanov rayonunda ötən ilin yekunlarına həsr olunmuş iclas keçirilib

nerimanov-rayonunda-oten-ilin-yekunlarina-hesr-olunmus-iclas-kecirilib
Oxunma sayı: 630

“Qafqazinfo”nun məlumatına görə, iclasda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Tağı Tağıyev, millət vəkili, Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov, deputatlar Adil Əliyev, Rasim Musabəyov iştirak ediblər.
Tədbirdən öncə rayon rəhbərliyi və rəsmi qonaqlar İcra Hakimiyyəti binasının foyesində mərhum prezident Heydər Əliyevin büstü önünə tər gül dəstələri qoyublar.
İclasda 270 nəfər, həmçinin kütləvi informasiya vasitələrinin və televiziya kanallarının nümayəndələri iştirak ediblər.
İclası rayon icra başçısı Abdin Fərzəliyev açaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunları və 2013-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasından söz açıb.
2012-ci ilin ölkə iqtisadiyyatı üçün çox uğurlu il olduğunu bildirən A. Fərzəliyev rayonun sosial-iqtisadi inkişafını təmin edən ayrı-ayrı sahələr üzrə 2012-ci ildə görülmüş işlər, həyata keçirilmiş tədbirlər və qarşıda duran vəzifələrdən danışıb: “2012-ci ilin yekunlarına görə rayon iqtisadiyyatının əsasını təşkil edən sənayenin dinamik inkişafı davam etdirilmiş və bu müddət ərzində xidmətlərdə daxil olmaqla 1 milyard 851,9 milyon manatlıq məhsul istehsal olunub, 2011-ci ilə nisbətən 93,0 faiz artım surəti əldə edilib. 2012-ci ildə istehlakçılara 1 milyard 882,2 milyon manatlıq və ya bütün sənaye məhsulunun 101,4 faizi qədər sənaye məhsulu göndərilib. İstehsal olunmuş sənaye məhsulunun həcmində dövlət sektorunun xüsusi çəkisi 83,5 faiz təşkil edib. Ötən dövr ərzində sənaye kompleksində işləyənlərin sayı 1659 nəfər artaraq 9440 nəfər təşkil edib, onların orta nominal əmək haqqı 5,9 faiz artaraq 435,2 manata çatıb. Yeni müəssisələrin yaradılması, mövcud müəssisələrin fəaliyyətinin bərpa edilməsi nəticəsində 2012-ci ildə 5477 daimi iş yerləri yaradılıb.
İl ərzində bütün mənbələr hesabına əsas kapitala 430,1 milyon manatlıq investisiya qoyulub ki, bu da 2011-ci ilə nisbətən 110,4 faiz təşkil edib. Tikinti təşkilatları tərəfindən öz gücləri ilə yerinə yetirilmiş işlərin həcmi 928,7 milyon manat təşkil edərək əvvəlki ilə nisbətən 65,0 faiz artım əldə edilib. Bu sahədə işləyən işçilərin sayı 3320 nəfər artaraq 11846 nəfər olub və onların orta aylıq əmək haqqı 464,9 manat təşkil edib”.
İcra başçısı vurğulayıb ki, il ərzində rayon əhalisinə 304,5 milyon manatlıq pullu xidmətlər göstərilərək ötən dövrə nisbətən 14,6 faiz artım əldə edilib. Ticarət və nəqliyyat sahələri də xeyli inkişaf edib: “Belə ki, il ərzində ticarət üzrə pərakəndə əmtəə dövriyyəsinin həcmi 869,9 milyon manat olmaqla 9,2 faiz, əhaliyə göstərilən ictimai iaşə xidmətinin həcmi 55,1 milyon manat olmaqla 30,0 faiz artıb. 2012-ci ildə 60,1 milyon manatlıq nəqliyyat, 16,2 milyon manatlıq rabitə xidmətləri göstərilib. Rayon əhalisinin elektrik enerjisi, qaz, istilik, içməli su təminatı ilə bağlı tədbirlər həyata keçirilib. Ötən dövr ərzində rayonun Xətai, Azadlıq prospekti, Ak.H.Əliyev, Ə.Əliyev, Ə.Rəcəbli küçələrinin yenidən qurulması işləri həyata keçirilib.
Gənclik meydanında yeraltı yol ötürücülərinin və yeraltı avtomobil dayanacağının inşa edilməsi, “Gənclik” metro stansiyasının ətrafında yerləşən binaların fasadlarının milli memarlıq üslubunda yenidən qurulması, Vaqif prospektinin genişləndirilməsi, Z.Bünyadov prospektinin yenidən qurulması, şəhərin baş planına uyğun digər layihələrin həyata keçirilməsi işləri davam etdirilib.
2012-2013-cü il payız-qış mövsümünə hazırlıqla əlaqədar 5061 kv.m. sahədə dam örtüyü təmir edilib, 466 kv.m. sahədə ümumi istifadə yerlərində şüşələnmə işləri aparılıb, 209 ədəd qapı, 149 ədəd pəncərə cari təmir edilib, 2186 pm uzunluğunda tüstü bacalarında təmizlənmə işləri aparılıb, 1455 pm uzunluğunda su navalçalarında, 1284 pm uzunluğunda su borularında, 242 pm uzunluğunda çirkab su borularında cari təmir işləri yerinə yetirilib.
2013-cü il ölkəmizdə Prezident seçkiləri keçiriləcək. Hər il olduğu kimi, bu il də seçici siyahılarının dəqiqləşdirilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada aparılır. Hazırda Dairə və Məntəqə Seçki komissiyaları tərəfindən aidiyyəti icra strukturları ilə birlikdə seçici siyahılarının dəqiqləşdirilməsi həyata keçirilir.

Nigar Məmmədli