Nərimanov rayonunda yaradıcılıq müsabiqəsinin seçim turu keçirilib - Foto

nerimanov-rayonunda-yaradiciliq-musabiqesinin-secim-turu-kecirilib
Oxunma sayı: 1195

Mayın 27-də 291 saylı “Ekologiya” liseyində Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi, Nərimanov Rayon Gənclər və İdman İdarəsi və “Yeni Gələcək” Gənclərin Maarifləndirməsi İctimai Birliyinin birgə təşkilatçılığı ilə "Yaradıcılıq zirvəsini fəth edək!" adlı yaradıcılıq müsabiqəsinin təşkili layihənin seçim turu keçirilib.

“Qafqazinfo” xəbər verir ki, seçim turunda “Yeni Gələcək” Gənclərin Maarifləndirməsi İctimai Birliyinin sədri Pərviz Mustafayev, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Vüsal Ömərov, Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin müəllimləri Səbinə İsmayılova, Nəbi Quliyev və 45 nəfər fəal yaniyetmə və gənc iştirak ediblər.

“Yeni Gələcək” Gənclərin Maariflləndirilməsi İctimai Birliyinin sədri Pərviz Mustafayev layihənin əhəmiyyəti və məqsədi haqqında geniş məlumat verərək bildirib ki, layihənin əsas məqsədi milli musiqi tariximizi yaşatmaq, milli mədəniyyəti və incəsənəti təbliğ etmək, gənclərin istedadların üzə çıxarılması üçün əlverişli şəraitin yaradılması və onların yaradıcılığına diqqətin artırılmasıdır. P.Mustafayev qeyd edib ki, yaradıcı gənclərin formalaşmasının başlanğıc təməli ictimai məktəblərdən, ali təhsil müəssisələrindən qoyulur. 

Sonra Nərimanov Rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Vüsal Ömərov layihə iştirkaçılarını və qonaqları salamladı və qeyd edib ki, gənclərin vətənpərvər ruhlu yetişməsində, dövlətə qayğı göstərməsində, yaradıcı kimi formalaşıb cəmiyyət içərisində yararlana bilməsində ən böyük dəstəkçisi xalqın özüdür. V.Ömərov vurğulayıb ki, həmçinin dünyada gənclərin aktivliyi, gənclərin formalaşması, cəmiyyətdə, dövlətə verdiyi qayğı və fayda əvəz olunmaz həddə çatıb. Buna görə də dünyanın hər bir ölkəsində gənclərə xidmət edən, onların bilik və bacarıqları üzə çıxarda biləcək, onlardan faydalanma imkanı verə biləcək təşkilatlar yaradılır.

Tədbirin rəsmi hissəsindən sonra layihənin seçim turuna start verilib. Seçim turunda gənclər bir neçə nominasiyalar üzrə öz istedadlarını nümayiş etdiriblər. Layihədə 14-29 yaşlı ali, orta ixtisas və orta təhsil müəssisələrinin gəncləri iştirak edirlər.

Qeyd edək ki, artıq 2 seçim turu “Bakı Avrasiya” Universitetində və 291 saylı “Ekologiya” liseyində həyata keçirilib. Ümumiyyətlə layihə müddətində 5 seçim turu və nəticələrə uyğun olaraq qala konsert təşkil ediləcək.