Nərimanovda 20 Yanvar faciəsinin 27-ci ildönümü qeyd edilib

nerimanovda-20-yanvar-faciesinin-27-ci-ildonumu-qeyd-edilib
Oxunma sayı: 1102

Bu gün Nərimanov Rayon İcra Hakimiyyətində 20 Yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

Qafqazinfo”ya daxil olan məlumata görə, rayon rəhbərliyinin və ictimaiyyətin, rayonda yaşayan 20 Yanvar şəhid ailələri və əlillərin qatıldığı tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev həmin gecə Azərbaycan xalqının özünün yenilməzliyini, qəhrəmanlığını, Vətənə, torpağa sədaqətini, müstəqillik və azadlıq uğrunda mübarizə əzmini bütün dünyaya bəyan etdiyini deyib. 

Şəhid ailələri və əlillər adından çıxış edən 1 saylı Kliniki Tibb Mərkəzin həkimi Rafiq Əliyev, istefada olan sərhədçi, Respublika 20 Yanvar Cəmiyyətinin sədr müavini Mustafa Əliyev, 20 Yanvar Cəmiyyətinin Nərimanov Rayon Şöbəsinin sədri Müxəstə Həsənova, 20 yanvar əlili Abbas Şahbazovvə digərləribu dəhşətli qətliamı törədən keçmiş imperiya rəhbərlərinin məkrli niyyətlərindən danışıb.

Tədbirin sonunda 20 Yanvar faciəsi zamanı şəhid olanların ailələrinə və əlillərə Rayon İcra Hakimiyyəti tərəfindən maddi yardım göstərilib.