Nərimanovda 28 Mayla bağlı tədbir

nerimanovda-28-mayla-bagli-tedbir
Oxunma sayı: 760

28 May Respublika Günü münasibətilə Nərimanov rayonunda silsilə tədbirlər təşkil olunaraq keçirilir.
 Azərbaycan Dövlət Pedaqoji Universitetinin Nərimanov rayonu ərazisində yerləşən Heydər Əliyev Muzeyində 28 May-Respublika Günü münasibəti ilə bayram tədbiri təşkil edilib. 

"Qafqazinfo"ya daxil olan məlumata görə, tədbirdə Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavinləri İradə Mahmudova və İlqar Mirzəyev, Pedaqoji Universitetin Elmi İşlər üzrə prorektoru, professor Asəf Zamanov, YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev, məktəblilər və müəllimlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudova və Pedaqoji Universitetin Elmi İşlər üzrə prorektoru Asəf Zamanov 23 ay fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 99-cu ildönümü, istiqlaliyyət tarixindən danışıb və məktəbliləri  hər bir azərbaycanlının qürurla qeyd etdiyi 28 may – Respublika günü münasibətilə təbrik ediblər.

Bayram tədbirində məktəblilər şeirlər söyləyib, vətənpərvər mahnılar oxuyub və maraqlı kompozisiyalarla çıxış ediblər.