Nərimanovda bayram tədbiri - Foto

nerimanovda-bayram-tedbiri
Oxunma sayı: 1023

Novruz bayramı münasibəti ilə təntənəli bayram tədbiri keçirilib.

Bu gün Nərimanov rayonunda Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə metronun “Gənclik” stansiyasının çıxışındakı parkda xalqımızın qədim və ən əziz bayramlarından olan Novruz bayramı münasibəti ilə təntənəli bayram tədbiri keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Novruz bayramının əsas personajları olan Bahar qızı, Kosa və Keçəl öz maraqlı çıxışları ilə şənliyə xüsusi zövq qatıblar.

Rayonun ümumtəhsil müəssisələrinin müəllim-şagird kollektivlərinin nümayiş etdirdiyi Novruz atributlarından ibarət sərgi izləyicilərdə dərin təəssüratlar yaradıb.

Alovlandırılan möhtəşəm Novruz tonqalının hərarəti onun ətrafına yığışan insanlar tərəfindən böyük coşğu ilə qarşılanıb.

Bayram tədbirində Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Milli Məclisin deputatları, idarə, müəssisə və təşkilat rəhbərləri, ağsaqqallar, ziyalılar, gənclər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.