Nərimanovda da bina yandı

nerimanovda-da-bina-yandi
Oxunma sayı: 1647


“Qafqazinfo” xəbər verir ki, Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində mebel evinin asma tavanı 60 kv.m sahədə, 1-ci mərtəbənin girişində 14 ədəd elektrik sayğacları və binanın 1-ci mərtəbəsindən 10-cu mərtəbəsinə kimi şaxtadan keçən elektrik kabelləri 30 p.m yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən ikisi azyaşlı olmaqla 6 nəfər bina sakini təxliyə edilib. Mebel evinin, elektrik kabellərinin qalan hissəsi və mənzillər yanğından mühafizə olunub.