Nərimanovda Gənclər Günü qeyd olunub - Fotolar

Nərimanovda Gənclər Günü qeyd olunub
Oxunma sayı: 1313

Bu gün Nərimanov Rayon İcra Hakimiyyətinin iclas zalında İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Nərimanov Rayon Təşkilatının və Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı “2 fevral – Azərbaycan Gəncləri günü” münasibəti ilə Nərimanov rayon gənclərinin toplantısı keçirilib.

İcra Hakimiyyətinin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumatına görə, tədbirdə Nərimanov icra başçısının müavinləri İradə Mahmudova və İlqar Mirzəyev, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini Aydın Yusifov, Yeni Azərbaycan Partiyasının Nərimanov Rayon Təşkilatının sədri Təmraz Tağıyev, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi, Yeni Azərbaycan Partiyasının Nərimanov Rayon Təşkilatının sədr müavini Nəcəf Novruzov, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının müşaviri, YAP Nərimanov Rayon Gənclər Birliyinin sədri Yusif Babanlı, Su İdman Növləri üzrə RGİUM-nin direktoru Pirəli Rəhimov, bir sıra dövlət və qeyri-hökümət təşkilatlarının rəhbərləri, ali və orta ixtisas təhsil müəssisələrinin tələbə-gənclər təşkilatlarının sədr, sədr müavinləri, fəal üzvləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi, Yeni Azərbaycan Partiyasının Nərimanov Rayon Təşkilatının sədr müavini Nəcəf Novruzov ilk öncə Müstəqil Azərbaycan gənclərini bu bayram günü münasibətilə təbrik edib.

Sonra çıxış edən İradə Mahmudova və  İlqar Mirzəyev qeyd ediblər ki, Ulu öndər Heydər Əliyev həmişə gənclərə böyük inam göstərib, onların qüvvəsinə güvənərək vurğulayırdı: “Gənclər cəmiyyətimizin əksəriyyətini təşkil edir, onlar bizim bu günümüz, həm də gələcəyimizdir. Biz Azərbaycan dövləti, xalqımız gənclərə böyük ümidlə baxırıq.”

Daha sonra toplantıda Yeni Azərbaycan Partiyasının Nərimanov Rayon Təşkilatının sədri Təmraz Tağıyev, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini Aydın Yusifov, YAP Nərimanov Rayon Gənclər Birliyinin sədri Yusif Babanlı, Azərbaycan Dövlət İqtisad Universitetinin Tələbə-Gənclər Təşkilatının sədri Rəsul Həşimov, Azərbaycan Kooperasiya Universitetinin Tələbə-Gənclər Təşkilatının sədri Tamerlan Əkbərov, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və idman Akademiyasının Tələbə-Gənclər Təşkilatının sədri İlkin Həsənov və digər çıxış edənlər qeyd ediblər ki, Azərbaycanda müasir gənclər hərəkatının inkişafı üçün dövlət səviyyəsində kifayət qədər işlər görülüb, gənclərin qeyri-hökumət təşkilatlarının yaradılması, fəaliyyətlərinin təşkili üçün sağlam mühit yaradılıb və hüquqi baza təkmilləşdirilib.

Tədbirin sonunda Dövlət gənclər siyasətinin uğurla həyata keçirilməsi istiqamətindəki fəaliyyətinə, təhsilində fərqləndiyinə, Nərimanov rayonun mədəni-kütləvi tədbirlərində fəal iştirakına görə və “2 fevral – Azərbaycan Gəncləri Günü” münasibətilə bir qrup rayon gəncləri mükafatlandırılıb.





Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi