Nərimanovda Həmrəylik Günü və Yeni il bayramı qeyd edilib

nerimanovda-hemreylik-gunu-ve-yeni-il-bayrami-qeyd-edilib
Oxunma sayı: 637

“Qafqazinfo”nun məlumatına görə, “Çanaqqala” restoranında təşkil olunmuş tədbirdə Nərimanov Rayon İcra Hakimiyyətinin nümayəndələri, rayonun ictimai həyatında rolu olan şəxslər iştirak ediblər. Tədbiri açan Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə iştirakçıları təbrik edib. Yola saldığımız il ərzində rayonda görülən işlər barədə məlumat verib. Həyata keçirilən abadlıq-quruculuq işlərindən, sosial-iqtisadi inkişafdan danışıb və bu işlərin 2013-cü ildə də davam etdiriləcəyini söyləyib.
Sonra 2012-ci ildə rayonun ictimai-siyasi həyatındakı xidmətlərinə görə bir qrup şəxs mükafatlandırırlıb. Tədbir bədii hissə ilə davam edib.

Nigar Məmmədli