Nərimanovda “Humanitar dərs” layihəsinin açılışı - Foto

nerimanovda-humanitar-ders-layihesinin-acilisi
Oxunma sayı: 702

Ötən gün “Təfəkkür” Universitetində Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi, Nərimanov Rayon Gənclər və İdman İdarəsi və “Yeni Gələcək” Gənclərin Maarifləndirməsi İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Humanitar dərs” - gənclərin mədəniyyətin inkişafına dəstək təşəbbüsləri layihəsinin açılış keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, açılış mərasimində “Yeni Gələcək” Gənclərin Maarifləndirməsi İctimai Birliyinin sədri Pərviz Mustafayev, İctimai Birliyin baş katibi Ləman Muradova, “Mənim təhsilim, mənim gələcəyim” kampaniyasının rəhbəri Rəşad Bayramov, "Təfəkkür" Universitetinin Tələbə-Gənclər Təşkilatının sədri Asəf Cabbarlı və 40 nəfər fəal gənc iştirak ediblər.  

İlk öncə qonaqları salamlayan "Təfəkkür" Universitetinin Tələbə-Gənclər Təşkilatının sədri Asəf Cabbarlı tədbirin mahiyyəti və gənclər üçün faydası barədə danışıb, gənclər arasında, xüsusən tələbələrin fəaliyyətini səmərəli artırmaq üçün mədəniyyətlə bağlı fikirlərini öyrənmək kimi məsələlərlə bağlı məlumat verib.

Sonra "Yeni Gələcək" Gənclərin Maariflləndirilməsi İctimai Birliyinin baş katibi Ləman Muradova layihənin əhəmiyyəti və məqsədi haqqında geniş məlumat verərək bildirib ki, layihənin əsas məqsədi ali məktəblərdə tələbələr arasında mədəniyyət fəaliyyətində humanitar təşəbbüslər anlayışını aşılamaqdır. 

 “Mənim təhsilim, mənim gələcəyim” kampaniyasının rəhbəri, layihənin təlimçisi Rəşad Bayramov bu kimi tədbirlərin həm gənc nəslin bilik və bacarıqlarının artırlmasındakı əhəmiyyətindən danışıb, həm də Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurası gənclərə dəstək verməklə ölkəmizdə gənclərin potensialının üzə çıxarılmasının müsbət əhəmiyyətini, onların bilik və bacarıqlara yiyələnməsi baxımından önəmini qeyd edib.

Sonda təlimçi gəncləri maraqlandıran sualları cavablandırıb.