Nərimanovda Milli Qurtuluş Günü - - Fotolar

nerimanovda-milli-qurtulus-gunu-
Oxunma sayı: 1274


İlk öncə çıxış edən Hərbi hissə komandiri polkovnik Zəfər Əliyev azadlığın müqəddəs nemət olduğunu vurğulayaraq, bu amal uğrunda şəhid olanların heç vaxt unudulmayacağını qeyd edib. “Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün çox əziz bir tarixdir. Bu tarixi yaradan məhz daim xalqa arxalanan Ulu öndər Heydər Əliyev olmuşdur.  Yaranmış çətin siyasi mühitdə xalq çıxış yolunu yalnız Ümummilli Liderdə görürdü və O, daim xalqın ümidini doğruldurdu”. H. Əliyevin silahlı qüvvələrə daim xüsusi diqqət və qayğı göstərməsi polkovnik Z.Əliyev tərəfindən xüsusilə vurğulanıb.
Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev qeyd edib ki, 1993-cü ilin iyununda Heydər Əliyevin hakimiyyətə gəlişi Azərbaycanda yeni dəyərlər sisteminin və yeni ideyaların meydana çıxmasına stimul yaratmış oldu: “Ulu öndərin gərgin səyi sayəsində hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu ilə irəliləyən müstəqil respublikamızda vətəndaş cəmiyyətinin formalaşması, insanların azad, sərbəst yaşaması, qanunun aliliyinin təmin edilməsi üçün yüksək tələblərə cavab verən normativ-hüquqi baza yaradıldı.  Çünki məhz ulu öndərin hakimiyyətə qayıdışından sonra Azərbaycanda ictimai münasibətlər sisteminin bütün sferalarında sabitlik və qarşılıqlı anlaşma mühiti yaradılıb”. O, Prezident İlham Əliyevin Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi, ölkə əhalisinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində atdığı addımlardan söz açıb və Ali Baş Komandan İlham Əliyevin Silahlı Qüvvələrə, o cümlədən, Daxili Qoşunlara xüsusi diqqət və qayğısından, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması, Daxili Qoşunların maddi-texniki bazasının gücləndirilməsi istiqamətində gördüyü işlərdən danışıb. Daxili Qoşunların qısa zamanda böyük inkişaf yolu keçdiyini xatırladan Abdin Fərzəliyev onun torpaqlarımızın qorunmasında fədakarlıq və qəhrəmanlıq nümunələri göstərdiyini, yüzlərlə şəhid verdiyini, Azərbaycan xalqına, dövlətçiliyinə xidmətin Daxili Qoşunların fəaliyyətində daim aparıcı istiqamət olduğunu və sonrakı illərdə respublikamızda daxili sabitliyin və əmin-amanlığın təmin olunmasında əzmkarlıq nümayiş etdirdiyini, qoşunların yüksək peşəkarlığa və mənəvi-psixoloji hazırlığa malik mobil bir quruma çevrildiyini məmnunluqla bildirib.
Daha sonra isə polkovnik-leytenant Nəsib İbadov şəxsi heyətə Daxili İşlər nazirinin müavini, Daxili Qoşunların Komandanı general-leytenant Zakir Həsənovun təbrikini çatdırıb.

Sonra hərbi hissənin əsgərləri təntənəli marşın sədaları altında tribunanın önündən keçmişlər və xüsusi təyinatlı dəstənin əsgərləri hərbi çıxışlar nümayiş ediblər.
Tədbir hərbi hissənin klubunda Azərbaycanın tanınmış musiqi ifaçılarının iştirakı ilə keçirilmiş möhtəşəm konsert proqramı ilə yekunlaşıb. Eyni zamanda, xidmətdə fərqlənən əsgər, çavuş və zabitlər Rayon İcra Hakimiyyətinin qiymətli hədiyyələri ilə mükafatlandırılıblar.