Nərimanovda studiya yanıb

nerimanovda-studiya-yanib
Oxunma sayı: 961

Bakının Nərimanov rayonunda yanğın hadisəsi qeydə alınıb.

“Qafqazinfo” FHN-nin saytına istinadən xəbər verir ki,paytaxtın Nərimanov rayonunda ümumi sahəsi 350 kv.m olan ikimərtəbəli, mansarda tipli tikilinin (səsyazma studiyası kimi fəaliyyət göstərir) 2-ci mərtəbəsində 1 otağın yanar konstruksiyaları 35 kv.m sahədə və 1 ədəd qapı yanıb.

Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.