Nərimanovda təcili qərargah yaradıldı

nerimanovda-tecili-qerargah-yaradildi
Oxunma sayı: 3816

Bakı şəhər İcra Hakimiyyətinin tapşırığına uyğun olaraq Nərimanov Rayon İcra Hakimiyyətində sabaha gözlənilən güclü küləklə bağlı qərargah yaradılıb.

Qurumdan “Qafqazinfo”ya verilən məlumata görə, yanvarın 17-də hava şəraitinin kəskin dəyişəcəyi, şimal küləyinin 20-25 m/s, arabir 30-35 m/s, yarımadanın bəzi yerlərində arabir 40 m/s-dək şiddətlənəcəyi gözlənilir. Havanın temperaturunun bu gün ilə müqayisədə kəskin aşağı enməsi gözlənilir. 

Yağıntının sulu qara, qara keçəcəyi, 17-dən 18-nə keçən gecə şəhər ətrafı ərazilərin buz bağlama ehtimalı var. Havanın kəskinləşməsi nəticəsində meydana çıxa biləcək halların qarşısının alınması və nəticələrin operativ surətdə aradan qaldırılması ilə bağlı Nərimanov İcra Hakimiyyətində bu gündən etibarən növbətçiliyin təşkili, o cümlədən binaların dam örtükərinin vəziyyətinin bir daha yoxlanılması, müəssisəmizin ətraf ərazilərinin qardan təmizlənməsi, aşma ehtimalı olan ağacların və texniki qurğuların altında insan və avtomobillər üçün təhlükəsizlik və bərkitmə tədbirlərinin görülməsi enerji təminatı ilə bağlı ehtiyat işlərinin və digər qabaqlayıcı tədbirləin həyata keçirilməsi həvalə olunub.

Qarşıya çıxa biləcək hallarla bağlı və qabaqlayıcı tədbirlərin operativ olaraq həyata keçirilməsi məqsədilə Nərimanov Rayon İcra Hakimiyyətinin “1643” qaynar xəttinə məlumat verməyiniz xahiş olunur.