Nərmin polisə çağırıldı

nermin-polise-cagirildi
Oxunma sayı: 672

Vəkil bildirib ki, dekabrın 3-də Bakıda keçirilmiş aksiyanın iştirakçısı olan “Azad” Gənclər Təşkilatının üzvü Nərmin Həsənlini polis təqib edir: “Dekabrın 3-də aksiya iştirakçılarından bir necə nəfər, o cümlədən Nərmin Həsənli tutularaq Yasamal Rayon Polis İdarəsinə aparılmışdı. Həmin gün polisdə gənclərdən izahat alınıb, icazəsiz aksiyada iştirak etdiklərinə görə onlara xəbərdarlıq edilib. Buna baxmayaraq Nərmin Həsənlini bir necə gündür israrla Abşeron Rayon Polis İdarəsinə çağırırdılar”.

Nərmin Həsənli dekabrın 15-də vəkil Əsabəli Mustafayevlə birlikdə Abşeron polisinə gedib. Məlum olub ki, gənc fəalı Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini Səhlab Bağırovun Abşeron Rayon Polis İdarəsinə göndərdiyi məktub əsasında çağırırlar: “Rəis müavini məktubunda yazıb ki, Nərmin Həsənlini polisə çağırıb profilaktik söhbət edin, aksiyalarda iştirak etməməsini tapşırın. Polis ondan ikinci dəfə izahat almaq istədi. Lakin mən bununla razılaşmadım. Nərmin də yazdı ki, bir dəfə izahat vermişəm. Polisin məqsədi Nərminin iş yerinə məktub göndərib ona əlavə cəza verilməsinə nail olmaqdır”.

Vəkil deyb ki, polis fəal gənclərin yaşadıqları ünvanları dəqiqləşdirir və onların növbəti aksiyalarda iştirakının qarşısını alır: “Bunu profilaktik tədbir kimi həyata keçirilər. Tam qanunsuz işdir”.