Nəsimi İH uşaqlar üçün gəzinti təşkil edib - Fotolar

nesimi-ih-usaqlar-ucun-gezinti-teskil-edib
Oxunma sayı: 1299

Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən 11 və 268 saylı xüsusi məktəblərdə təhsil alan sağlamlıq imkanları məhdud olan məktəblilər üçün xüsusi avtobusla Yanardağ Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğuna gəzinti təşkil edilib.

“Qafqazinfo” xəbər verir ki, sağlamlıq imkanı məhdud olan uşaqlar keçirilən tədbirdə müxtəlif mahnılar, rəqslər ifa ediblər, məharətlərini göstəriblər. Uşaqlar burada çay süfrəsində şirniyyatlara qonaq edilmiş, həmçinin onlara hədiyyələr təqdim ediblər. 

Keçirilən tədbir xüsusi qayğıya ehtiyacı olan uşaqların yaddaşında xoş izlər buraxıb, onların müəllim və valideynlərinin çox böyük razılıqlarına səbəb olub, valideynlər uşaqlara göstərilən diqqət və qayğıya görə Azərbaycanın Prezidenti İlham Əliyevə və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva öz minnətdarlıqlarını bildiriblər.