Nəsimi məktəbliləri cənub rayonlarına səfər ediblər

nesimi-mekteblileri-cenub-rayonlarina-sefer-edibler
Oxunma sayı: 740

11-14 noyabr tarixlərində Nəsimi rayon orta ümumtəhsil məktəblərinin 9-11-ci siniflərində təhsil alan 40 nəfər məktəbli şagirdin Lənkəran-Masallı-Astara rayonlarına “Ölkəmizi tanıyaq” devizi altında maarifləndirici tur-aksiyası təşkil olunub.

"Qafqazinfo" xəbər verir ki, yeniyetmələrin respublikamızın müxtəlif rayonları ilə tanışlığı üçün təşkil olunmuş maarifləndirici tur-aksiya çərçivəsində 11 noyabrda Nəsimi rayonundan olan məktəblilərin  yola salınma mərasimi keçirilib.

Yola salma mərasimində çıxış edən valideyinlər və məktəblilər məktəblilərə - uşaqlara göstərilən xüxusi diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə dərin minnətarlıqlarını bildiriblər.

Sonra məktəblilər xatirə şəkilləri çəkdirib və Dövlət Yol Polisinin avtomaşınının müşayiəti ilə yola salınıblar.