Nəsimi məktəbliləri Naxçıvanda olublar

nesimi-mekteblileri-naxcivanda-olublar
Oxunma sayı: 657

Martın 15-18-də “Ölkəmizi tanıyaq” devizi altında məktəblilərin Naxçıvan Muxtar Respublikasına növbəti maarifləndirici tur-aksiyası təşkil olunub.

"Qafqazinfo" xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda şagirdləri yola salan Dədə Qorqud, Bahar qızı, Kosa, Keçəl və Nəsimi rayonu 3 Uşaq Gənclər İnkişaf Mərkəzinin kollektivinin konsert proqramı onlarda xoş əhval-ruhiyyə yaradıb.

Bakı şəhər məktəbliləri Naxçıvanın görməli yerlərində olaraq, Heydər Əliyev Mərkəzində, tarixi abidələr, tarix-diyarşünaslıq muzeyləri ilə yaxından tanış olublar. Tur zamanı həmçinin şagirdlərin asudə vaxtlarının səmərəli təşkili də nəzərə alınıb. 

Daha sonra Naxçıvandan Bakıya gələn 180 nəfər məktəblinin qarşılanma mərasimi keçirilib. Qarşılanma mərasimində Nəsimi rayonu 2 saylı Uşaq Gənclər Inkişaf Mərkəzinin rəqs kollektivinin, “Amarok” rəqs qrupunun rəngarəng milli rəqsləri və Nurayın ifasında şən mahnılar qonaqlarda xoş təəssürat yaradıb. Bahar qızı, Kosa və Keçəl Naxçıvandan gələn məktəblilərlə yumurta döyüşdürüb, Novruz şirniyyatlarına qonaq ediblər.