Nəsimi Paşayevi o əvəzlədi

nesimi-pasayevi-o-evezledi
Oxunma sayı: 2234

“Bakı Metropoliteni” QSC-yə yeni mətbuat katibi təyin edilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, şöbə rəisinin müavini olan Bəxtiyar Məmmədov sədr təyin edilib. O, bundan sonra Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsini yerinə yetirəcək. B.Məmmədov 10 ilə yaxındır ki, metropolitendə işləyir.

Qeyd edək ki, keçmiş mətbuat katibi Nəsimi Paşayev öz ərizəsi ilə iyunun 1-dən vəzifədən istefa verib.

Murad Əhməd