Nəsimi rayonu 2017- ci ilin hesabatını verdi

Nəsimi rayonu 2017- ci ilin hesabatını verdi
Oxunma sayı: 663

Nəsimi Rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın geniş iclasında 2017-ci ildə rayonun sosial-iqtisadi inkişafına yekun vurulub.

İH-dən “Qafqazinfo”ya daxil olan xəbərə görə, toplantıda çıxış edən Nəsimi Rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsğərov bildirib ki, keçən il respublikamızda olduğu kimi, Bakının Nəsimi rayonunda da davamlı sosial-iqtisadi inkişaf təmin edilib, bir sıra layihələr uğurla həyata keçirilib. 

Natiq qeyd edib ki, prezident İlham Əliyevin ötən ilin əvvəlində yerli icra strukturlarına verdiyi tapşırıqların  Nəsimi rayonunda bütünlüklə və ardıcıl icrası ilin uğurla başa çatdırılmasını təmin edib. 

Rayon üzrə iqtisadiyyatın bütün sahələrində mövcud olan artım dinamikası saxlanılıb, 5059 yeni daimi iş yeri açılıb, ümumilikdə 2003-cü ilin oktyabr ayından 2018-ci il yanvar ayının 1-nədək rayonun müəssisə, idarə və təşkilatları tərəfindən 43510 daimi iş yeri açılıb. Оrta aylıq əmək haqqı əvvəlki illə müqayisədə 9,2  % artaraq, 608 manat təşkil edib.  

Təhsil, səhiyyə, mədəniyyət obyektlərinin işi daim diqqət mərkəzində olub, bu sahələrin fəaliyyətini yaxşılaşdırmaq üçün zəruri tədbirlər həyata keçirilib. Ötən tədris ilində rayonun orta məktəblərini 1685 nəfər bitirmiş, onlardan  2 məzun qızıl medala layiq görülüb, 1206 məzun tələbə adını qazanıb. Məzunlardan 24 nəfəri 650-dən çox, 1 nəfəri isə 700 bal toplamış, 234-ü xarici ölkələrin ali məktəblərinə qəbul olunub.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Tağı Tağıyev yığıncaqda çıxış edib, yeni ildə Nəsimililərə daha böyük uğurlar arzulayıb.



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi