Nəsimi rayonunda əhali tibbi müayinədən keçirilib

nesimi-rayonunda-ehali-tibbi-muayineden-kecirilib
Oxunma sayı: 1411

Azərbaycan  prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq 2018-ci il fevral ayının 12-dən Nəsimi rayonunda da əhalinin tibbi müayinədən keçirilməsi tədbirlərinin həyata keçirilməsinə başlanıb.

"Qafqazinfo"ya İH-dən daxil olan məlumata görə, bununla  əlaqədar  Nəsimi  rayon İcra Hakimiyyəti tərəfindən  aidiyyatı qurumların nümayəndələrindən ibarət müvafiq komissiya yaradılmış, həyata keçiriləcək tədbirlərin kollektivlər və ərazilər nəzərə alınmaqla xususi qrafikləri tərtib olunmuşdur. Müvafiq qurumların da cəlb olunması ilə rayonda əhali arasında təşkilati-izahat işləri davam etdirilir.

Tibbi müayinənin keyfiyyətlə həyata keçirilməsi məqsədi ilə rayondakı tibb müəssisələrinin hazırlıq vəziyyətinə götirilməsi istiqamətində rayondakı 4 poliklinikada tədbirin keçirilməsi üçün müvafiq şəraitlər yaradılmışdır. Həmçinin yaşayış sahələrində, idarə və təşkilatlarda müayinələrin keçirilməsi üçün, evdə olan yataq xəstələrində müayinəsi məqsədi ilə  səyyar həkim briqadaları da təşkil olunub.

20 saylı şəhər poliklinikasında keçirilən tibbi müayinə zamanı Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci  müavini Gülarə Verdiyeva bildirib ki, rayonda tibbi müayinənin keçirilməsi üçün  işlər İcra Hakimiyyəti tərəfindən gündəlik nəzarətdə saxlanılır. 

Fevraın 15-də isə Nəsimi rayonunda yerləşən  Medical Plaza və Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında əhalinin tibbi müayinəsi  təşkil edilib.