Nəsimi rayonunda “Fitzona” idman meydançası açıldı

Nəsimi rayonunda  “Fitzona” idman meydançası açıldı
Oxunma sayı: 799

 “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin Əsas Yük Terminalında korporativ sosial məsuliyyət proqramı çərçivəsində "IVY GROUP" şirkəti ilə birgə təşkil etdiyi “Fitzona” idman meydançasının açılış mərasimi keçirilib.

Nəsimi rayon İH-dən “Qafqazinfo”ya daxil olan xəbərə görə, fitzona idman meydançası sağlam həyat tərzi, idman və həmrəyliyə yönəlmiş layihədir. Bütün dünyada uğur qazanmış və açıq hava şəraitində məşqləri nəzərdə tutan bu layihə Cənubi Qafqazda ilk dəfə Azərbaycanda reallaşdırılıb. Qeyri-kommersiya və sosial xarakter daşıyan layihənin əsas məqsədi gəncləri sağlam həyat tərzi, ictimai fəallıq, dövlətçilik və vətənpərvərlik ruhunda tərbiyəsidir. 

Tədbirdə “IVY GROUP” şirkətinin təsisçisi Tamerlan Vahabov çıxış edib. 

Bakı Limanının Baş direktoru Taleh Ziyadov isə aparıcı limanları hər zaman ən son texnoloji yeniliklər, inkişaf və müasir menecment alətlərinin geniş tətbiq olunduğu məkan kimi xarakterizə edib.

Nəsimi Rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov yeniyetmə  və gənclərin sağlam həyat tərzi üçün, zərərli vərdişlərdən uzaq olmaları üçün  yeni yaradılan fitzonanın əhəmiyyətli olduğunu bildirib. 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi