Nəsimi rayonunda jurnalistlərlə görüş keçirilib - Foto

nesimi-rayonunda-jurnalistlerle-gorus-kecirilib
Oxunma sayı: 984

Nəsimi rayon İcra Hakimiyyətində Milli Mətbuatın 144 illiyi ilə əlaqədar Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu, TV, qəzet və elektron informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə tədbir-görüş keçirilib.

“Qafqazinfo” xəbər verir ki, görüşü giriş sözü ilə açan Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov qonaqları salamlayaraq bildirib ki, Azərbaycan Milli Mətbuatı böyük və şərəfli inkişaf yolu keçib.

Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın ilk milli qəzeti olan “Əkinçi” qəzetinin birinci nömrəsinin çapdan çıxdığı gün - 22 iyul Azərbaycan Milli Mətbuat günü elan edilib. Müstəqilliyin əldə edilməsindən sonra informasiya texnologiyalarının inkişafı Azərbaycan mətbuatını qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevirib. Artıq Azərbaycan mətbuatı həm kəmiyyət, həm də keyfiyyət baxımından region ölkələrini qabaqlayır. 

KİVDF-nin icraçı direktoru Vüqar Səfərli Milli Mətbuatın 144 illiyi ilə əlaqədar keçirilən tədbirlər, rəhbərlik etdiyi qurumun fəaliyyət göstərdiyi müddət ərzində görülən işlər barədə məlumat verib.
 
Tədbirin sonunda Milli Mətbuat günü münasibətilə KİV nümayəndələrinə Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən hədiyyələr təqdim olunub.