Nəsimi rayonunda tədbir keçirilib - Fotolar

nesimi-rayonunda-tedbir-kecirilib
Oxunma sayı: 644

Nəsimi rayonunda, 151 nömrəli tam orta məktəbdə şair İmadəddin Nəsiminin yaradıcılığına həsr olunmuş tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, qonaqlar ilk öncə məktəbin foyesində “Nəsimi poeziyası” mövzusunda məktəblilərin rəsm əsərlərindən ibarət sərgiyə baxıblar.

Tədbirdə çıxış edən Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva bildirib ki, şərq xalqlarının mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yer tutan Nəsimi yaradıcılığı elmi-ədəbi fikrin diqqət mərkəzindədir. 1979-cu ildə Bakı şəhərinin Nəsimi rayonunda Nəsiminin heykəli ucaldılmışdır. Natıq “Nəsimi ili” ilə bağlı Nəsimi rayonunda keçirilmiş tədbirlər barədə də məlumat verib.

Daha sonra tədbir məktəblilərin hazırladıqları ədəbi-bədii kompozisiya ilə davam edib.