Nəsimi rayonunda tibbi müayinə davam etdirilir - Foto

nesimi-rayonunda-tibbi-muayine-davam-etdirilir
Oxunma sayı: 653

Fevralın 12-dən respublikanın bütün bölgələrində olduğu kimi Nəsimi rayonunda da əhalinin tibbi müayinədən keçirilməsi tədbirlərinin həyata keçirilməsinə başlanıb.

"Qafqazinfo" xəbər verir ki, bununla əlaqədar Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən aidiyyatı qurumların nümayəndələrindən ibarət müvafiq komissiya yaradılıb, həyata keçiriləcək tədbirlərin kollektivlər və ərazilər nəzərə alınmaqla xususi qrafikləri tərtib olunub. 

Tibbi müayinənin keyfiyyətlə həyata keçirilməsi məqsədilə rayondakı tibb müəssisələrinin hazırlıq vəziyyətinə gətirilməsi istiqamətində rayon sakinlərinə xidmət göstərən poliklinikalarda tədbirin keçirilməsi üçün müvafiq şərait yaradılıb. Həmçinin yaşayış sahələrində, idarə və təşkilatlarda müayinələrin keçirilməsi üçün evdə olan yataq xəstələrinin də müayinəsi məqsədi ilə səyyar həkim briqadaları da təşkil olunub.

20 saylı şəhər poliklinikasında keçirilən tibbi müayinə zamanı Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva bildirib ki, rayonda tibbi müayinənin keçirilməsi üçün işlər İcra Hakimiyyəti tərəfindən gündəlik nəzarətdə saxlanılır. 

Nəsimi rayonunda yerləşən özəl səhiyyə müəssisələrində də Azərbaycan Prezidenti cənab Əliyevin tapşırıqlarının icrası ilə əlaqədar olaraq əhalinin tibbi müayinədən keçirilməsi işləri aparılır.