Nəsimidə “Abad həyət” sakinlərin istifadəsinə verildi

nesimide-abad-heyet-sakinlerin-istifadesine-verildi
Oxunma sayı: 1056

Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən daha bir “Abad həyət” 4-cü mikrorayon Asif Məhərrəmov küçəsi 68 və Mir Cəlal küçəsi 10 saylı binaların əhatə etdiyi məhəllədə sakinlərin ixtiyarına verilib.

“Qafqazinfo” xəbər verir ki, bu ünvanda 9 mərtəbəli, 8 bloklu, 138 mənzilli A.Məhərrəmov küçəsi 68 saylı evin və beşmərtəbəli 12 bloklu 180 mənzilli Mir Cəlal küçəsi 10 saylı evin fasadları, dam örtükləri və zirzəmiləri əsaslı təmir edilib, hər iki binanın blok girişləri, blok qapıları və pəncərələri yenilənib. 

Tədbirdə çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov bildirib ki, Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən hal-hazırda rayonunun ayrı-ayrı ünvanlarında binaların fasadlarında əsaslı təmir işləri və həyətlərində abadlıq, quruculuq, yenidənqurma və yaşıllaşdırma işləri davam etdirilir.