Nəsimidə Beynəlxalq Ailə günü qeyd olunub

Nəsimidə Beynəlxalq Ailə günü qeyd olunub
Oxunma sayı: 544

Nəsimi rayonunda Xalq Cumhuriyyətinin 100 illiyi və Beynəlxalq Ailə günü münasibəti ilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə birgə tədbir keçirilib.

"Qafqazinfo" xəbər verir ki, tədbirdə Nəsimi rayonunda yaşayan 50 ilə yaxın birgə ömür sürmüş 25 ailə, ağsaqqal və ağbirçəklər, yeni ailə quracaq 4  cütlük və qonaqlar iştirak ediblər.

Bayram tədbirində Nəsimi rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva çıxış edərək bildirib ki, bu tədbir planetimizdə yaşayan bütün insanların diqqətini bir daha ailə problemlərinin həllinə yönəltməyə xidmət edir. 

Tədbirdə Nəsimi rayon Qeydiyyat Şöbəsinin rəisi Aynur Sabitova çıxış edərək bildirib ki, Azərbaycanda ailə institutunun sütunları sədaqətə, qarşılıqlı sevgi və digər dəyərlərə söykənir: "Bir həqiqət var ki,bu gün bütün dünyada boşanmaların sayı çoxalıb. Ailələrin dağılmasına səbəb olan amillərin biri də gənc ailələrə kənar müdaxilələrin olmasıdır". 

Tədbirdə iştirak edən ağsaqqallar, ağbirçəklər və 50 ilə yaxın birgə ömür sürmüş ailələrin üzvləri nikahı kəsiləcək cütlüklərə xeyir-dua veriblər.

Daha sonra təntənəli şəraitdə yeni ailə quracaq gənclərin nikah mərasimi keçirilib. 

Tədbirin sonunda nikaha daxil olmuş cütlüklər rayon ərazisindəki parklarda və yaşıllıq zolaqlarında 100 ədəd qızılgül kolları əkiblər.








Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi