Nəsimidə iməclik keçirildi - Fotolar

nesimide-imeclik-kecirildi
Oxunma sayı: 646

Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri, BMT-nin Ərzaq və Kənd Təsərrufatı Təşkilatının (FAO) xoşməramlı səfiri Leyla Əliyevanın təşəbbüsü ilə başlanılmış “Məktəb bağları” layihəsi çərçivəsində Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən növbəti  iməclik təşkil edilib.

İH-dən “Qafqazinfo”ya daxil olan xəbərə görə, rayonun 4-cü mikrorayon ərazisində yerləşən 5 saylı tam orta məktəbin həyətində “Məktəb bağları” layihəsi çərçivəsində iməcilik keçirilib, məktəbin həyətyanı sahəsinə müxtəlif növ meyvə ağacları əkilib.

İməclik zamanı 4-cü mikrorayon Ə.İskəndərov küçəsində yerləşən br sıra yaşayış binalarının həyətlərində, binaların qarşısındakı  məhəllələr arasındakı  ayrı-ayrı şəxslər tərəfindən zəbt olunmuş ümumi istifadə üçün olan torpaq sahələri, yollar və keçidlər, kortəbii çəpərlənmiş sahələr, yöndəmsiz dəmir konstruksiyadan quraşdırılmış qanunsuz tikililər sökülüb, ağaclar budanıb, ərazilərdə abadlıq və yaşıllaşdırma işləri aparılıb, mövcud yaşıllıqlara qulluq göstərilib.

Abadlıq, qururuculuq və yaşıllaşdırma işləri 2-ci mikrorayon ərazisindəki H.Seyidzadə küçəsi 2, 9, 29, 32 və 4-cü mikrorayon ərazisindəki Mir  Cəlal küçəsi 54, 56 ünvanlarda davam etdirilib. Keçirilən  iməclik zamanı ərazidən 100 maşından artıq məişət tullantısı daşınıb.