Nəsimidə “İslam həmrəyliyi və milli-mənəvi dəyərlərimiz” adlı tədbir keçirilib

Nəsimidə “İslam həmrəyliyi və milli-mənəvi dəyərlərimiz” adlı tədbir keçirilib
Oxunma sayı: 336

“İslam həmrəyliyi ili” cərcivəsində Nəsimi rayonunda rayon ictimayəti nümayəndələrinin, qeyri hökümət təşkilatlarının, təhsil, səhiyyə, mədəniyyət işcilərinin, rayon ərazisindəki dini icma rəhbərlərinin və İslam ölkələrinin səfirliklərinin nümayəndələrinin iştirakı ilə “İslam Həmrəyliyi və milli-mənəvi dəyərlərimiz” adlı tədbir keçirilib.

"Qafqazinfo" xəbər verir ki, tədbirdə həmçinin Azərbaycan Dövlət Neft və Sənaye Universitetində, Azərbaycan Tibb Universitetində, Bakı Slavyan Universitetində və Azərbaycan Dövlət Dillər Universitetində təhsil alan xarici ölkələrin tələbələri iştirak ediblər. Tədbir başlamamışdan öncə iştirakçılar İslam ölkələrinin milli-mənəvi dəyərlərini özündə əks etdirən sərgiyə baxıblar.

Tədbirin əvvəlində İslam ölkələrinin həmrəyliyinə və milli-mənəvi dəyərlərinə həsr olunmuş video-çarx nümayiş olunub. Sonra 54 İslam ölkəsinin milli geyimlərini geyinmiş, əllərində həmin ölkələrin bayraqları ilə alqış sədaları altında məktəblilər zala daxil olublar.

Tədbiri giriş sözü ilə açan Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov bildirib ki, Azərbaycan uzun illərdir ki, İslam sivilizasiyasının mərkəzlərindən biri olmuşdur. Dinlə bağlı qadağaların mövcud olduğu Sovet dövründə Azərbaycanda 17 məscid fəaliyyət göstərmişdir. Respublikamız müstəqillik əldə etdikdən sonra Azərbaycan dövlətinin İslam dəyərlərinə qayğısı sayəsində hal-hazırda ölkəmizdə 2000-dən artıq məscid fəaliyyət göstərir. 300-dən artıq məscid tarixi-mədəni abidə kimi qorunur. Bibiheybət, Təzəpir, Əjdərbəy, Gəncə şəhərindəki “İmamzadə” kompleksi və digər məscidlər əsaslı təmir olunub.

Tədbirdə çıxış edən Türkiyə Cümhuriyyətinin  Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral, Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət Attaşesi, Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri Əhməd Sami Elaydy tədbirin yüksək səviyyədə təşkilinə görə minnətdarlıqlarını bildiriblər.

Tədbirin sonunda İslam ölkələrinin milli rəqslərindən ibarət konsert təqdim olunub.

Tədbirdə Milli Məclisin deputatları-M.İbrahimqızı, A.Mollazadə, K.Nəbizadə və Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin Bakı Şəhəri Üzrə şöbənin müdiri vəzifəsini icra edən A.Kazımov iştirak ediblər.       






Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi