Nəsimidə köməksiz qalan 1 nəfər xilas edilib

nesimide-komeksiz-qalan-1-nefer-xilas-edilib
Oxunma sayı: 758

Paytaxtda köməksiz qalan 1 nəfər xilas edilib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) “Qafqazinfo”ya verilən xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nəsimi rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşın liftdən çıxmasına kömək edib.

Əməliyyat başa çatıb.