Nəsimidə Müəllimlər günü münasibətilə tədbir keçirilib

Nəsimidə Müəllimlər günü münasibətilə tədbir keçirilib
Oxunma sayı: 366

Nəsimi rayon İcra Hakimiyyətin Beynəlxalq Müəllimlər günü münasibəti ilə rayon rəhbərliyi və ictimaiyyəti, təhsil işçilərinin iştirakı ilə bayram tədbiri keçirilib.

"Qafqazinfo" xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Müəllimlər gününə həsr olunmuş video çarxa baxıblar. Sonra Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif  Əsgərov çıxış edərək deyib ki, müəllim əməyinin nəticəsində cəmiyyət formalaşır, savadlı, bilikli, geniş dünyagörüşlü, nümunəvi əxlaqa malik insanlar yetişir. Bu insanlar isə cəmiyyəti daha da inkişaf etdirir. Hazırda dövlətimizin müstəqilliyinin möhkəmlənməsində fəal iştirak edən insanlar məhz müəllim əməyinin yetirmələridir. Müəllimlər yeni cəmiyyət quruculuğunun memarlarıdır. Hər birimizin layiqli vətəndaş kimi yetişməyində müəllimlərimizin əvəzsiz xidmətləri olub.

Sonra Rayon İcra Hakimiyyətinin başçısı Asif  Əsgərov Azərbaycan Respublikası  Prezidentinin 04  Oktyabr  2017-ci il tarixli Sərəncamı ilə  “Əməkdar  müəllim”  adına  layiq  görülmüş 23 saylı tam orta məktəbin müəllimi - Mirzəyeva Ağabacı Nuftulla qızı və  “Tərəqqi medalı” ilə tətif edilmiş Bakı Slavyan Universitetinin məktəb lisey kompleksinin müəllimi - Kərimli Naibə Kamil qızı və 46 saylı tam orta məktəbin müəllimi Ələkbərli İncinaz Rauf qızını təbrik edərək gül dəstələri və hədiyyələr təqdim edib.

Tədbirin sonunda iştirak edən təhsil işçilərinə İcra Hakimiyyəti tərəfindən hədiyyələr təqdim olunub.






Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi