Nəsimidə təhlükəsizlik müşavirəsi keçirildi

nesimide-tehlukesizlik-musaviresi-kecirildi
Oxunma sayı: 1046

Nəsimi Rayon İcra Hakimiyyəti və Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin birgə təşkilatçılığı ilə “Yanğın təhlükəsizliyinin təmin olunmasında Fövqəladə Hallar Nazirliyi, yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarının birgə fəaliyyəti” mövzusunda rayon müşavirəsi keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Nəsimi  Rayon İcra Hakimiyyəti başçısının müavini Qurban İsmayilov  Nəsimi  rayonunda yanğın təhlükəsizliyinin təmin olunması ilə bağlı görülən işlər barədə məlumat verərək, insanlar arasında bu istiqamətdə təbliğat işinin əhəmiyyətindən danışıb.

Bakı Regional Mərkəzinin rəis müavini, polkovnik-leytenant Elnur Qasimov  tədbirin keçirilməsinin  zəruriliyini bildirərək, fövqəladə hadisələr zamanı insanların təhlükəsizliyinin təmin edilməsinin əsas vacib məsələ olduğunu bildirib. Daha sonra Bakı şəhərində 2016 -21017-ci illərin müvafiq dövründə baş vermiş yanğin hadisələrinin  statistikası barədə  məlimat verilib. 

Tədbir zamanı  “Məişətdə yanğın təhlükəsizliyi”, “Dəm qazı” və “Odsöndürən balondan istifadə qaydaları” ilə bağlı videoçarxlar nümayiş olunub və suallar cavablandırılıb.