Nəsiminin məzarı dağıdılıb- - Video

nesiminin-mezari-dagidilib-
Oxunma sayı: 3576



Suriyada üsyançılar və hökumət qüvvələrinin Hələb şəhərinə nəzarəti ələ keçirmək uğrunda apardığı qanlı müharibədə görkəmli Azərbaycan şairi İmadəddin Nəsiminin buradakı məzarı dağıdılıb. Hələbdən son görüntülər bunu deməyə əsas verir.

“Qafqazinfo” ATV-yə istinadən xəbər verir ki, Suriyanın İnformasiya Nazirliyindən verilən məlumatda isə məzarın salamat olması haqda heç bir məlumatın daxil olmadığı bildirilib.