Nəsir Ağayev haqqında kitab nəşr olunub

nesir-agayev-haqqinda-kitab-nesr-olunub
Oxunma sayı: 2063

“Qanun” nəşriyyatında nəşr olunmuş kitabın müəllifləri araşdırmaçı jurnalist Elman Cəfərli və gənc yazar Təbriz Ağayevdir. Oxucular kitabda Nəsir bəyin zəhmətlə dolu həyat yolu, Azərbaycanın azadlığı və bütövlüyü uğrunda apardığı mübarizə ilə bağlı maraqlı məlumatlarla, eyni zamanda onun tarix və milli dövlətçiliyə dair fikirləri ilə tanış olacaqlar. Kitabda Nəsir Ağayevin həyat və fəaliyyətini əks etdirən tarixi fotolar və ayrı-ayrı vaxtlarda mətbuatda dərc olunmuş maraqlı müsahibələri də toplanıb.