Neslihan Atagül Bakıda - Fotolar

Neslihan Atagül Bakıda
Oxunma sayı: 7353

Türkiyənin məşhur aktrisası Neslihan Atagül Bakıya gəlib. 

“Qafqazinfo” xəbər verir ki, aktrisa media nümayəndələri ilə görüşündə ilk öncə paytaxtımıza ikinci səfərindən bəhs edərək Bakının görünüşünü çox bəyəndiyini, binaların işıqlı və gözəl olduğunu bildirib.

“Mən Bakını çox sevirəm. Sevdiyim yemək qutabdır. İstanbula da qayıdanda şəhərinizlə bağlı xatirəmdə ancaq bunlar qalıb”.

Gözəllik sirrlərini bölüşən 26 yaşlı Atagül qadınlara sağlam qidalanmağı tövsiyə edib: “Məncə bədəni və ruhu gözəl olan qadının üzü də gözəl olur. Xarici görünüşdə uzun saçlara üstünlük verirəm. Saçlarımı heç vaxt qısa kəsdirməyi düşünməmişəm. Uzun saçlarla özümü xoşbəxt hiss edirəm. Yalnız hər hansı bir rol üçün saçlarımdan keçə bilərəm”.

Kino ulduzu sabah “Kelebek” üçün azərbaycanlı məşhurların seçim konsertində iştirak edə bilməyəcəyini söyləyib: “Təmsilçilərlə tanış olmuşam. Hər kəsə uğurlar arzulayıram. Lakin ağır iş qrafikimlə bağlı İstanbula qayıtmalıyam. “Altın Kelebek”in finalı dekabrın 9-da baş tutacaq. Ona görə hazırlıq görürük. Orada açılışı özüm edəcəyəm. Geyimlərim sürpriz olsun”.

Elvin Elxan

Fotolar: Nuran Məmmədov









Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi