Neslihanla Kadirdən yeni müqavilə - Bu dəfə 1,5 milyon qazandılar

neslihanla-kadirden-yeni-muqavile
Oxunma sayı: 1327

Aktrisa Neslihan Atagül və aktyor Kadir Doğulu cütlüyün çəkildiyi bir reklam filmindən 1,5 milyon lirə (təxminən 482 min manat) qazanıb.

“Qafqazinfo” “Posta”ya istinadən xəbər verir ki, ötən il cütlük 1 milyon lirə qarşılığında (320 min manat) “Polaroid Eyewear” şirkətinin eynəklərini tanıtmasından sonra satışlar 35 faiz artıb.

Bu səbəbdən həmin şirkət Neslihan və Kadirlə yeni reklam filmi üçün müqavilə imzalayıb və bu dəfə isə onlara 1,5 milyon lirə ödəyib.

Qeyd edək ki, bu cütlük ilk dəfə eyni layihədə yer alıblar.