Nəsrin bu geyiminə görə həm tərif eşitdi, həm də tənqid olundu - Fotolar

nesrin-bu-geyimine-gore-hem-terif-esitdi-hem-de-tenqid-olundu
Oxunma sayı: 7750

Türkiyədə yaşayan azərbaycanlı aktrisa Nəsrin Cavadzadə bu dəfə də geyimi ilə diqqət mərkəzinə çevrilib.

“Qafqazinfo” xəbər verir ki, moda dəfiləsinə qatılan aktrisa transparan, bənövşəyi və çəhrayı çalarlı libasa üstünlük verib.

Fərqli pozalarda fotolarını sosial şəbəkədə paylaşan Nəsrin həm tərif eşidib, həm tənqid olunub. İstifadəçilərdən bəziləri aktrisanın geyimini bəyənsə də, bəziləri heç də ürəkaçan olmadığını yazıb.