Nəsrindən “Diva” açıqlaması

nesrinden-diva-aciqlamasi
Oxunma sayı: 1921

Türkiyədə yaşayan azərbaycanlı aktrisa Nəsrin Cavadzadə üç il əvvəl verdiyi müsahibənin yenidən gündəmə gəlməsindən narahat olub.  “Qafqazinfo” xəbər verir ki, Nəsrin özünü ironiya ilə “Diva” adlandırdığını deyib. 

35 yaşlı aktrisa Türkiyə mətbuatının onu cür təqdim etməsinə etirazını bildirib:

“Diva və baş gicəlləndirən biri deyiləm. Elə çətin xarakterə sahib biri də deyiləm. Güldük, əylənik, bəsdir! İroniyanın sərhədlərini aşdıq, zarafata dediyim sözlərdən hələ bu günə kimi xəbər hazırlanır. Üç -dörd il bundan əvvəlki müsahibəm başdan ayağa zarafat üzərində qurulmuşdu və çox əylənmişdik. İndi artıq gülmədiyimin fərqindəyəm. Kim bilir, bəlkə də, yeni zarafatlara ehtiyacım var. Sizi sevirəm”.