Netanyahu Liberman və Barak arasında qaldı

netanyahu-liberman-ve-barak-arasinda-qaldi
Oxunma sayı: 640

“Qafqazinfo” nun xarici mətbuata istinadən verdiyi xəbərə görə, İsrail medyasında yayılan məlumatlara görə, Təl-Əviv hakimiyyəti atəşkəs qərarını günlər sürən müzakirələrin nəticəsində alıb. Hərbi əməliyyatların başladığı ötən çərşənbə günündən atəşkəsin elan edildiyi dünənki axşama qədər hər gecə kabinetini toplayan baş nazir Benyamin Netanyahu, zidd fikirlər ortaya atan Xarici İşlər naziri Aviqdor Liberman və Müdafiə naziri Ehud Barak arasında qalıb. Netanyahu birinci günündən etibarən Misirin hazırladığı atəşkəs planına uyğun ayrıntıları nazirləriylə mübahisə edib.

Liberman əməliyyatların genişləndirilməsi və Qəzzadakı militan qrupların quru yolu ilə vurulmasını istəyərkən, Barak Həmasa istənilən zərbənin vurulduğunu və bu səbəblə də atəşkəsin qəbul edilməsini tələb edib. Təl-Əvivə gələn ABŞ Dövlət Katibi Hillari Klintonla görüşlərinin ardından atəşkəs qərarına isti yanaşan Netanyahu öncəki axşam Libermanın da razılığı ilə əməliyyatları dayandırma qərarı alıb.

İsrail ordusunda xidmət edən 16 əsgər, quru yol hərəkatına girişmədən atəşkəsi qəbul edərək Qəzza əməliyyatlarını bitirən baş nazir Netanyahuya raeksiyalarını sıradışı bir tərzdə göstərib.

Əsgərlər Qəzza sərhədində xidmət etdikləri bölgədə torpağın üstünə, “Əzik Bibi” (Netanyahunun ləqəbi) anlamına gələn İbrani hərfləri şəklində uzanaraq şəkil çəkdirib. Şəkilin sosial paylaşım ünvanı olan Facebookda 3 saatta 3 mindən çox hit almasının ardından olayadan xəbərdar olan ordu yetkililəri əsgərlərin kimliklərinin təsbit edilməsi üçün araşdırma başladıb.