Netanyahu müdafiə naziri postuna özü keçdi - Həm də baş nazirdir

netanyahu-mudafie-naziri-postuna-ozu-kecdi
Oxunma sayı: 1283

İsrailin baş naziri Binyamin Netanyahu boş qalan müdafiə naziri vəzifəsinin icrasına başlayıb.

“Qafqazinfo” xəbər verir ki, bunu baş nazir ötən gün telemüraciəti zamanı açıqlayıb. 

Netanyahu bununla yanaşı, baş nazir postunda da qalacağını vurğulayıb. Onun sözlərinə görə, hazırda təhlükəsizlik sahəsindəki situasiya ilə əlaqədar növbədənkənar seçkilərin keçirilməsinin vaxtı deyil: “Ümid edirəm ki, bizim koalisiya həmkarlarımız məsuliyyət nümayiş etdirəcək və hökumətin istefasını tələb etməyəcəklər”. 

Xatırladaq ki, İsrailin Müdafiə naziri Aviqdor Liberman noyabrın 14-də istefasını açıqlayıb. Bununla da, Liberman istefasından bir gün əvvəl İsrail Nazirlər Kabinetinin Qəzza sektorunda HƏMAS-la atəşkəs elan etməsinə etirazını bildirib.