Netanyahu Putinə zəng etdi

netanyahu-putine-zeng-etdi
Oxunma sayı: 3266

Aralıq dənizində Rusiya ordusuna məxsus “İl-20” təyyarəsinin vurulması və 15 əsgərin ölməsi ilə bağlı Rusiya ilə İsrail arasında siyasi gərginlik yaşanır.

“Qafqazinfo” xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi təyyarənin Suriya hava hücumundan müdafiə sistemləri tərəfindən vurulmasında İsraili günahkar bilib. Belə ki, İsrail təyyarələrinin Suriya ərazisinə hava hücumundan sonra Rusiya təyyarələrinin arxasında gizləndiyi və nəticədə bu hadisənin baş verdiyi bildirilib.

Rusiya prezidenti Vladimir Putin isə ilkin açıqlamasında təyyarənin İsrail tərəfindən vurulmadığını və əsl səbəbin araşdırıldığını söyləyib.

Məsələ ilə bağlı İsrail baş naziri Benyamin Netanyahu Putinə zəng edərək hadisənin araşdırılması üçün köməyini təklif edib:

“Əsgərlərin ölümünə görə kədərliyik. Rus təyyarəsinin vurulmasına görə Suriya məsuliyyət daşıyır. İstintaqın aparılması üçün lazım olan bütün məlumatları verməyə hazırıq”.