Netanyahu Putinlə görüşməyi planlaşdırır

netanyahu-putinle-gorusmeyi-planlasdirir
Oxunma sayı: 661

İsrail baş naziri Benyamin Netanyahu Rusiya prezidenti Vladimir Putinlə görüşməyi planlaşdırır.

“Qafqazinfo” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Görüşün avqustun 23-də Soçidə keçirilməsi planlaşdırılır.  Tərəflərin Yaxın Şərqdəki vəziyyətin müzakirə edəcəyi gözlənilir.

İsrail hökumət başçısının dəftərxanasından daxil olan məlumata görə, son 2 il ərzində Netanyahu və Putin dəfələrlə görüşərək Suriyada İsrail və Rusiya hərbi-hava qüvvələrinin ola biləcək toqquşmasının qarşısının alınmasını müzakirə ediblər və bu günədək bu uğurlu alınıb.

Rəsmi Moskva isə hələlik belə görüşün olacağını bildirməyib.