Netanyahu Qüdsdə törədilən cinayətlərə haqq qazandırdı

netanyahu-qudsde-toredilen-cinayetlere-haqq-qazandirdi
Oxunma sayı: 641

İsrail baş naziri Benyamin Netanyahu Qüdsdə fələstinlilərə qarşı sərt tədbirlərin təhlükəsizliyi təmin etmək üçün edildiyini açıqlayıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Netanyahu İsrail polisinin atdığı bütün addımların doğru olduğunu söyləyib.

O, prosesləri dəyərləndirmək üçün İsrail Təhlükəsizlik Komitəsinin yenidən iclas keçirəcəyini də bildirib.

Xatırladaq ki, 14 iyulda “Məscidi-Əqsa”da atışma olmuş, 3 fələstinli və 2 İsrail polisi ölmüşdü. Hadisədən sonra müsəlmanların “Məscidi-Əqsa”ya girişinə qadağa qoyulub.

Növbəti günlərdə aksiya keçirən fələstinlilərə qarşı sərt müdaxilə edilib və yüzlərlə vətəndaş yaralanıb.