Netanyahu Trampı Qüdsə dəvət etmək istəyir

Netanyahu Trampı Qüdsə dəvət etmək istəyir
Oxunma sayı: 667

İsrailin baş naziri Benyamin Netanyahu ABŞ-a səfər edib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Netanyahu Vaşinqtonda, Ağ Evdə İsrail lobbisinin hər il təşkil etdiyi ənənəvi tədbirdə iştirak edəcək.

Netanyahu ABŞ prezidenti Donald Trampı Qüdsə səfərini məsələsini də müzakirə edəcəyini bildirib.

Bundan əlavə Baş Nazir İsrail xalqının adından Trampa ABŞ səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsi qərarına görə də təşəkkür edəcəyini vurğulayıb.

Qeyd edək ki, səfirliyin köçürülməsi mayın 14-nə İsrail dövlətinin yaranmasının 70 illiyində planlaşdırılır.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi