Netanyahu Vaşinqtona səfər edəcək

netanyahu-vasinqtona-sefer-edecek
Oxunma sayı: 767

ABŞ prezidenti Donald Tramp və İsrailin baş naziri Binyamin Netanyahu arasında Ağ Evdə görüş keçiriləcək.

“Qafqazinfo”  xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Məlumata əsasən, görüş martın 5-də baş tutacaq. “Prezidentin baş nazirlə gözəl münasibətləri var və o, onunla görüşü səbirsizliklə gözləyir”,- deyə məlumatda bildirilir.

Qeyd edək ki, yanvarda İsveçin Davos şəhərində baş tutuan Dünya İqtisadi Forumunda Tramp və Netanyahu arasında görüş olub.