Netanyahu və Salman gizli görüşüb - İddia

netanyahu-ve-salman-gizli-gorusub
Oxunma sayı: 1408

İsrailin baş naziri Binyamin Netanyahu və Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın İordaniyada gizli görüşdükləri iddia edilib.

“Qafqazinfo” TRT-yə istinadən xəbər verir ki, bu barədə İsrailin “Maariv” qəzeti yazıb.

Məlumata görə, Netanyahu və Salman İordaniyanın paytaxtı Əmmandadakı kral sarayında görüşüb.

Görüş Ağ Evin baş müşaviri Cared Kuşner və ABŞ-ın Yaxın Şərqdəki nümayəndəsi Ceyson Qrinblattın ötən həftə Əmmana səfəri zamanı həyata keçirildiyi bildirilib.

İordaniya kralı II Abdullanın da görüşə vasitəçilik etdiyi vurğulanıb.