Netanyahu “yalançı çoban”a bənzədildi

netanyahu-yalanci-cobana-benzedildi
Oxunma sayı: 1612

İranın nüvə silahı istehsalı üçün gizli proqram üzərində çalışdığını iddia edən İsrail baş naziri Benyamin Netanyahu “yalançı çoban”a bənzədilib.

“Qafqazinfo” TRT-yə istinadən xəbər verir ki, İran Xarici işlər naziri Cavad Zərif rəsmi “Twitter” hesabından paylaşdığı açıqlamada bu ifadələri işlədib:

““Yalançı çoban” (Netanyahu) bu iddialarını 12 maydan bir neçə gün əvvəl ortaya atıb, ABŞ prezidenti Donald Trampın nüvə sazişini ləğv etmək üçün köhnə bəhanələr gətirdiyi bir zamanda. Halbuki, Beynəlxalq Atom Enerjisi Qurumu bu iddiaları artıq araşdırıb”.