Netanyahunun Moskvaya səfərinin tarixi məlum oldu

netanyahunun-moskvaya-seferinin-tarixi-melum-oldu
Oxunma sayı: 643

Xəbər verdiyimiz kimi, İsrailin baş naziri Binyamin Netanyahunun 21 fevralda Rusiyaya edəcəyi səfər təxirə salınmışdı.

“Qafqazinfo” xəbər verir ki, artıq Netanyahunun Moskvaya səfəri üçün növbəti tarix müəyyənləşdirilib.

Məlumata görə, o, 27 fevralda Rusiyaya gedəcək.

Bildirək ki, Netanyahu ölkəsində siyasi vəziyyətin gərgin olduğunu əsas gətirərək 21 fevraldakı səfəri təxirə salmışdı.

Qeyd edək ki, 27 fevralda planlaşdırılan görüş keçən ilin sentyabrında Rusiyaya məxsus hərbi təyyarənin Suriyada vurulmasından sonra iki ölkə liderləri arasında ilk görüş olacaq.