Netanyahunun xanımı bu hərəkəti ilə gündəm oldu - Video

netanyahunun-xanimi-bu-hereketi-ile-gundem-oldu
Oxunma sayı: 5364

İsrailin Baş Naziri Benyamin Netanyahu həyat yoldaşı Sara Netanyahu ilə Kiyevə səfər edərkən xanım Netanyahu Ukrayna hava limanında gözlənilməz addım atıb.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, aeroportda adət-ənənəyə uyğun olaraq qonaqları Ukraynaya məxsus milli geyimli şəxslər duz-çörəklə qarşılayıblar. Bu zaman Baş Nazir salamlama çörəyindən bir tikə qopararaq duza batırıb və Sara Netanyahuya uzadıb. O isə çörəyi yerə atıb. Həmin anlar kameralar tərəfindən görüntülənib. 

İsrail mediası qeyd edir ki, xanım Netanyahu hələ İsraildən Ukraynaya uçarkən əhvalı yaxşı olmayıb. Belə ki, onu təyyarə pilotunun düzgün formada salamlamaması qəzəbləndirib.

Aysel Kərimova